"Belarusa təcavüz hazırlanıb, axşam hamısını göstərəcəyik" – Dövlət Televiziyası

Belarus dövlət televiziyasının iddiasına görə bu ölkəyə təcavüz hazırlanırmış. 

Nov 20, 2024 - 14:31
"Belarusa təcavüz hazırlanıb, axşam hamısını göstərəcəyik" – Dövlət Televiziyası

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə verilişin hazırlandığını “ONT” telekanalı öz telegram kanalında anons edib.

“Jurnalistlərimiz araşdırma aparıblar və bu axşam bunun necə baş verməli olduğunu göstərəcəklər", - elanda bildirilib.

Telekanalın məlumatına görə, xarici ölkələrin müvafiq planı var və bu planda bütün məqsəd və vəzifələr, rollar və mərhələlər ətraflı yazılıb. “ONT” hansı ölkələrdən söhbət getdiyinə aydınlıq gətirməyib.

2022-ci ilin martında Belarus prezidenti Aleksandr Lukaşenko ölkəyə hücum hazırlandığını, lakin Minskin qabaqlayıcı zərbə endirdiyini iddia edirdi.

Bu ilin sentyabrında Lukaşenko bir daha bəyan etdi ki, Belarus müdafiə qabiliyyətini daha da gücləndirməli və mümkün müharibəyə hazırlaşmalıdır.

Xatirə SADİQ