Ərdoğan Baydenin bu qərarını bəyənmədi
“Türkiyə üzaqmənzilli ATACMS raketləri ilə Ukraynanın Rusiya ərazisinin dərinliklərində hücuma keçməsinə icazə verilməsini düzgün hesab etmir”.
SAVASHMERDİA.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, bu, eskalasiyaya və Rusiyanın reaksiyasına səbəb olacaq.
“Birincisi, biz bu qərarı düzgün hesab etmirik və bəyənmirik. Baydenin bu addımı nəinki münaqişənin gərginləşməsinə, həm də Rusiyanın daha böyük reaksiyasına səbəb olacaq”, - deyə Türkiyə prezidenti bildirib.
Xatirə SADİQ