"Bəlkə də o vaxt Putinə inanmamışdılar" - Şoyqu

“2018-ci ildə Rusiya prezidenti Vladimir Putinin “Burevestnik” və “Poseydon” haqqında dediklərinə inanmayanlar indi inanmaq məcburiyyətində qalacaqlar”.

Oct 31, 2025 - 14:23
"Bəlkə də o vaxt Putinə inanmamışdılar" - Şoyqu

SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu jurnalistlərə bildirib.

“Əgər kimsə deyirsə ki, yeni silahlarımız birdən-birə ortaya çıxıb və bunlar gözlənilməzdir, bu məsələdə bir şeyi deyə bilərəm: heç bir gözlənilməzlik yoxdur, mən “Burevestnik” və “Poseydon”u nəzərdə tuturam. Vladimir Vladimiroviç bunu 2018-ci ildə Federal Şuraya müraciəti zamanı böyük tribunadan demişdi. Bəlkə o vaxt kimsə inanmadı, amma indi inanmaq məcburiyyətində qalacaq”, - Şoyqu qeyd edib.

O əlavə edib ki, Rusiya həmişə öz poliqonlarını lazım gələrsə, istifadəyə hazır saxlayıb:

“Əlbəttə, poliqonlarımızı həmişə hazır vəziyyətdə saxlamışıq ki, onlar işlək vəziyyətdə olsunlar və lazım gələrsə, istənilən vaxt istifadə oluna bilsinlər”.

Oğuz