Berdiyev Tovuzdan küsüb getməsi iddiasına fotolarla CAVAB VERDİ
Bu gün Rusiya mətbuatı türkmənəsilli rusiyalı baş məşqçi Qurban Berdıyevin "Turan Tovuz" klubundan ayrıldığını yazıb.
Rusiyanın "Legalbet.ru" saytı iddia edib ki, 72 yaşlı mütəxəssisin klubdakı işi rəhbərliyi razı salmayıb və tərəflər arasında mübahisə yaranıb.
Nəticədə Azərbaycan klubundan ayrılmaq qərarı verən Berdıyevin artıq Tovuzu tərk etməsi iddia olunub.
SAVASHMEDİA.az xəbər verir ki, nə "Turan Tovuz", nə də Qurban Berdiyev iddialarla bağlı açıqlama verib. Amma Qurban Berdiyev iddiaları cavabsız da buraxmayıb və bu gün klubun akademiyasının məşqlərində iştirakını əks etdirən fotoları paylaşmaqla yerində olduğu mesajını verib.
Məşqçi heyəti ilə görüşən təcrübəli mütəxəssis Əvəzedicilər Liqasının “Turan Tovuz-2” - “Sabah-2” oyununu (0:0) izləyib.
Xatırladaq ki, “Turan Tovuz” 14 turdan sonra Azərbaycan Premyer Liqasının turnir cədvəlində üçüncü yeri tutur. Berdyev isə komandaya 2024-cü ilin iyunundan rəhbərlik edir.
Oğuz