Lionel Messinin oğlu "Barselona"da - FOTO
Lionel Messinin böyük oğlu Tyaqo Messinin futbol karyerasını İspaniyada davam etdirəcək.
SAVASHMEDIA.az xəbər verir ki, bu barədə məlumatı İspaniya mətbuatı yayıb.
Həmin məlumata görə, Tyaqo 14 yaşını tamamladıqdan sonra "Barselona"nın U-14 komandasına qoşulacaq və "İnter Mayami" akademiyasından Kataloniya klubunun aşağı yaş qruplarına keçəcək.
"Barselona" klubu hələlik Tyaqo Messinin akademiyaya qoşulması ilə bağlı rəsmi açıqlama verməyib.
Qeyd edək ki, Lionel Messi üç oğul atasıdır. Onun oğulları Tyaqo, Mateo və Ciro da futbolla məşğul olurlar.
Oğuz