İçərişəhərdə Ceki Çanın maşınının qarşısını kəsdilər - VİDEO
Hollivud ulduzu Ceki Çanın baş rol aldığı "Tanrının zirehi 4: Ultimatum" (Armour of God 4: Ultimatum) filminin bir sıra səhnələri Azərbaycanda çəkilir.
SAVASHMEDİA.az xəbər verir ki, məşhur aktyor bu gün Bakının İçərişəhər ərazisində görüntülənib.
Şəhər küçələrində avtomobillə hərəkət edən Ceki Çan onu görmək üçün toplaşan pərəstişkarlarını salamlayıb. Aktyoru yaxından görmək istəyən insanlar avtomobilin ətrafına toplaşıb, bəziləri isə onunla görüşmək üçün avtomobilin qarşısına qaçıblar.
Qeyd edək ki, çəkilişlərin bir hissəsi Bakıda aparılır və Ceki Çanın paytaxtda təxminən 10 gün qalacağı gözlənilir.
Həmin görüntüləri təqdim edirik:
Посмотреть эту публикацию в Instagram