Netanyahunun bu sözləri müsəlmanları qorxuya saldı – Ora da vurulacaq?

İsrailin Baş naziri Benyamin Netanyahunun İranla bağlı bugünkü çıxışı gündəm olub.

Mar 13, 2026 - 20:49
Netanyahunun bu sözləri müsəlmanları qorxuya saldı – Ora da vurulacaq?

SAVASHMEDİA.az xəbər verir ki, Baş nazir çıxışında İsrailin artıq güclü olduğunu və İranla bağlı böyük uğurların əldə edildiyini bildirib. 

"Həyatda qalmağımız, dözümlülüyümüz varlığımızı gücləndirmək üçün qurduğumuz ittifaqların nəticəsidir. Şübhəsiz ki, yaradıldığımız gündən bəri bir mübarizədən digərinə keçirik. Bu mübarizələr İsraili əvvəlkindən daha güclü hala gətirib. İran əvvəlki kimi deyil. Yaxın Şərqdə və hətta onun hüdudlarından kənarda güc balansını dəyişdirən uğurlar əldə etmişik” - Netanyahu qeyd edib.

İsrailin gücündən danışan Netanyahu yəhudiliyin dini kitabında (“Tanah”ın Nevi'im (Peyğəmbərlər) hissəsi)  bəhsi keçən “Məsihin gəlişi”ndən sonra qurulacaq güclü krallıq məsələsinə də işarə edərək bunun səbirlə əldə olunacağını bildirib:

“İnanıram ki, hamımız o krallığa nail olacağımıza, Məsihin gələcəyinə şahidlik edəcəyimizə inanırıq. Ancaq bunlar gələn cümə axşamına olmayacaq. Çünki millətlərin həyatı hər zaman naməlumdur və təhdidlərlə doludur”.

Baş nazirin “Məsihin gəlişi”ndən misal çəkməsi müsəlmanlar arasında narahatlığa səbəb olub. Netanyahu belə bir fikir səsləndirməsə də, müsəlmanlar bu çıxışdan “Əl-Əqsa” məscidinin dağıdılacağı qənaətinə gəliblər. Onları bu fikrə gətirən “Tanah”ın Nevi'im (Peyğəmbərlər) hissəsində Məsihin gəlişindən sonra dağıdılmış “Süleyman məbədi”nin yenidən inşa ediləcəyindən bəhs edilməsidir. Çünki “Əl-Əqsa” məscidi vaxtilə dağıdılmış “Süleyman məbədi” kompleksinin ərazisində tikilib.

Qeyd edək ki, “Süleyman məbədi” kompleksi ilk dəfə Qədim İsrail karllığının hökmdarı (peyğəmbər) Süleyman tərəfindən eramızdan əvvəl X əsrdə inşa etdirilib. Eramızdan əvvəl 586-cı ildə Babilistanın Yerusəlimi (müsəlmanlara görə - Qüds) işğalı zamanı dağıdılıb. Babil sürgünündən azad olan yəhudilər yenidən “Süleyman məbədi”ni inşa ediblər. Tədricən kompleksə çevrilib. Məbəd kompleksi ikinci dəfə eramızın 70-ci ilində Romanın Yerusəlimi mühasirəyə almasından sonra dağıdılıb.

Banu