Bəşər Əsəd qaçmazdan öncə ondan kömək istəyib - "Yox" cavabı alıb

Suriya lideri Bəşər Əsəd silahlı müxalifəti zərərsizləşdirmək üçün ABŞ administrasiyası və yeni seçilmiş ABŞ prezidenti Trampdan kömək istəyib.

Dec 7, 2024 - 21:45
Bəşər Əsəd qaçmazdan öncə ondan kömək istəyib - "Yox" cavabı alıb

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.

İddia olunur ki, Əsəd onun devrilməsinin qarşısının alınacağı təqdirdə ABŞ-nin bütün istəklərini reallaşdıracağına, İran və Rusiyadan üz döndərəcəyinə söz verib.

Bununla belə, ABŞ-nin Bəşər Əsədə son sözü "yox" olub. Onun Dəməşqi məhz bu cavabı aldıqdan sonra tərk etdiyi bildirilir.

Oğuz