Bəşər Əsədin həbsinə order verildi
2011-ci ildə Dərada baş verən hadisələrdə təqsirli bilinən Suriyanın keçmiş prezidenti Bəşər Əsəd üçün qiyabi həbs qərarı verilib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə hakim Tofiq Əl-Əli məlumat yayıb.
Hakim "SANA"ya açıqlamasında bildirib ki, eks-prezident qəsdən adam öldürmə, ölümlə nəticələnən işgəncə və həbsdə ittiham olunur.