Məşhur aktrisanın başına əməliyyatda oyun açdılar, iflic oldu - Foto
Məşhur türkiyəli aktrisa Eylem Tanrıver estetik əməliyyatdan sonra iflic olub.
SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb aktrisanın əməliyyatdan sonra saatlarla yanlış vəziyyətdə saxlanılmasıdır. Həkim səhlənkarlığı nəticəsində Eylem Tanrıverin sinirləri zədələnib.
Aktrisa bildirib ki, onun üçün təcili tibbi yardım maşını belə ayrılmayıb:
Əməliyyatdan sonra 6 saat səhv vəziyyətdə saxlanılmışam. Məni evə aparması üçün təcili yardım maşını belə ayırmadılar. Yaralı qollarla, gücümü toplayıb evimə özüm getdim. Sənətimə davam edə bilmirəm. Xəstəxana rəhbərliyi də məsuliyyəti boynundan atdı. Övladımın ehtiyaclarını qarşılaya bilmirəm. İmtahanında da yanında ola bilmədim. Həyatımı məhv etdilər”.
Xatırladaq ki, Eylem Tanrıver reytinq rekordları qıran “Hercai” serialında “Keriman” obrazını canlandırıb.
Banu
Fotoda: Eylem Tanrıver