Bir qaşıq yeyin, mədə ağrısından xilas olun – Möcüzəvi qarışım

Mədə ağrısı gündəlik həyatımızda bizə ən çox problem yaradan narahatlıqlardan biridir. Mədə ağrısından qurtulmaq üçün bir çox təbii üsullar var. 

Mar 19, 2025 - 01:20
Bir qaşıq yeyin, mədə ağrısından xilas olun – Möcüzəvi qarışım

SAVASHMEDİA.az bu gün oxucularına bu ağrıdan xilas olmağın təbii üsullarından birini təqdim edir.

Tahin (küncüt əzməsi və küncüt yağının qarışığı)

Xüsusilə həzm sisteminə müsbət təsir göstərir. Tərkibindəki zəngin lif və yağ turşuları mədəni sakitləşdirir və həzmi asanlaşdırır. Mədə turşusunu tarazlaşdırır və qastrit kimi xəstəliklərin simptomlarını aradan qaldırır. Bundan əlavə, tahin mədə astarını qoruyaraq mədə xorası və turşuluq problemlərinin qarşısını almağa kömək edir. Həzmi yavaşladan xüsusiyyəti sayəsində uzun müddət toxluq hissi verir və çox yemək istəyinin qarşısını alır.

Banan

Mədə sağlamlığına müsbət təsir edən meyvədir. Tərkibindəki yüksək kalium mədə turşusunu tarazlaşdırmağa kömək edir, beləliklə reflü kim problemlərin qarşısını alır. Banan həm də həzmi asanlaşdıran meyvədir. O, mədəni sakitləşdirir və mədənin selikli qişasını qoruyur. Liflə zəngin olan banan bağırsaq hərəkətlərini tənzimləyir və qəbizlik kimi həzm problemlərinin qarşısını alır.

Möcüzəvi qarışım

1 yetişmiş banan
1 xörək qaşığı tahin
1 çay qaşığı bal (zövqə görə)
1/2 çay stəkan isti su (zövqə görə)

HAZIRLANMASI

Bananın qabığını soyun və bir qabda yaxşıca əzib püre halına salın. Üstünə 1 xörək qaşığı tahini əlavə edib qarışdırın. Zövqə görə qarışıma 1 çay qaşığı bal əlavə edin. Qarışığın daha yumuşaq olmasını istəyirsinizsə, yarım çay stəkanı isti su əlavə edib qarışdırın.
Qarışımı hazırladıqdan 10-15 dəqiqə sonra yeyə bilərsiniz.

XƏBƏRDARLIQ!

Tahin və banan qarışığını istehlak etməzdən əvvəl onun tərkibindəki hər hansı inqrediyentə alergiyanızın olub-olmadığını yoxlayın.

Banu