“Biz bu məsələdə nikbinik” - ABŞ vitse-prezidenti  

“Son 24 saat ərzində Ukraynadakı münaqişə üzrə danışıqlar prosesində “maraqlı şeylər” olub, bu da bizə hərbi əməliyyatların dayandırılmasının mümkünlüyü ilə bağlı nikbin olmağa imkan verir”. 

Apr 18, 2025 - 17:23
“Biz bu məsələdə nikbinik” - ABŞ vitse-prezidenti  

SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Cey Di Vens İtaliyanın baş anziri Corcia Meloni ilə görüşdə deyib. Görş “YouTube”da birbaşa yayımlanıb. 

“Mən baş nazir Melonini Rusiya və ABŞ arasında Ukrayna üzrə danışıqların gedişi barədə məlumatlandıracağam. Hətta son 24 saat ərzində bəzi maraqlı şeylərimiz var ki, onları özəl olaraq açıqlayacağam. Danışıqlar davam etdikcə, mən onları qabaqlamayacağam, lakin biz bu müharibənin sona çata biləcəyi məsələsində nikbinik”, - deyə Vens vurğulayıb. 

Vensin nikbinliyinə baxmayaraq, ABŞ dövlət katibi Marko Rubio aprelin 18-də açıq şəkildə bildirib ki, bir neçə gün ərzində razılaşma əldə oluna biləcəyinə dair aydın əlamətlər olmasa, ABŞ Rusiya və Ukrayna arasında sülh razılaşmasına vasitəçilik etmək cəhdini dayandıracaq.

Xatirə SADİQ