"Biz sənin üçün İran deyilik" - Medvedevdən Trampın ultimatumuna cavab 

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ Prezidenti Donald Trampın yeni ultimatumunu iki ölkə arasında “müharibəyə doğru addım” adlandırıb.

Jul 28, 2025 - 23:28
Jul 29, 2025 - 10:52
"Biz sənin üçün İran deyilik" - Medvedevdən Trampın ultimatumuna cavab 

SAVASHMEDİA.az xəbər verir ki, o, sosial şəbəkə hesabında belə yazıb.

D.Medvedev bildirib: "Tramp Rusiya ilə ultimatum oyunu oynayır: 50 gün və ya 10 gün... O, iki şeyi yadda saxlamalıdır: 1. Rusiya İsrail, hətta İran da deyil. 2. Hər yeni ultimatum təhlükə və müharibəyə doğru addımdır. Rusiya ilə Ukrayna arasında deyil, öz ölkəsi ilə. Yuxulu Conun yolu ilə getməyin", - o yazıb.