Bu gün saat 12-də qaz kəsiləcək – Bu ərazilərdə

Sumqayıt şəhərində 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Nov 12, 2025 - 11:46
Bu gün saat 12-də qaz kəsiləcək – Bu ərazilərdə

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, mövcud qaz sayğaclarının yeni xətt üzərinə köçürülməsi ilə əlaqədar noyabrın 12-də saat 12:00-dan etibarən Sumqayıt şəhərinin Corat qəsəbəsindəki "Dörd yol" adlanan ərazidə 600 abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq.

Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.