"Ata, qayıdırıq, tarlanı əkmisən?" - Təyyarəyə minmədən əvvəl ona zəng edibmiş
Gürcüstan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsində şəhid olan kiçik zabitlər İlker Aykut və Berkay Karacanın ailələrinə acı xəbər çatdırılıb.
SAVASHMEDİA.az xəbər verir ki, təyyarə texniki qərargah çavuşu İlker Aykut uçuşdan əvvəl atasına zəng edərək "Ata, qayıdırıq, tarlanı əkmisən?" deyib. Onun ailəsi ilə son telefon danışığı belə olub.
Qəza xəbəri ailəsinə Tekirdağda verilib, anası Zülbiyyə Aykut xəbərdən sonra xəstəxanaya aparılıb.
Şəhid Berkay Karacanın Kırklarelidəki evinə isə Türkiyə bayrağı asılıb və başsağlığı çadırı qurulub.
Qeyd edək ki, Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsində olan ekipajın bütün üzvləri həlak olub.
Aytən
Fotoda: İlker Aykut və ailəsi
Fotoda: Berkay Karaca