Türkiyədə Atatürkün fotolarına qadağa - Etirazlara DİN-dən cavab

Türkiyədə 15 iyul - Dövlət çevrilişinə cəhdin dəf edilməsi gününün 9-cu ildönümü ilə əlaqədar keçiriləcək tədbirlərdə Mustafa Kamal Atatürkün şəkillərinin asılması qadağan olunub. 

Jul 14, 2025 - 23:37
Türkiyədə Atatürkün fotolarına qadağa - Etirazlara DİN-dən cavab

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə  Zəfər Partiyasının sədri Ümit Özdağ məlumat verib.

Özdağ bildirib ki, sözügedən qadağa Türkiyə Daxili İşlər Nazirliyindən göndərilən təlimatda öz əksini tapıb.

Özdağın açıqlamasına Türkiyə DİN-dən cavab gecikməyib:

“Məqsəd millətimizin birlik və həmrəyliyinin simvolu olan 15 iyulda keçiriləcək tədbirlərdə siyasi partiyaların deyil, yalnız Türkiyə bayrağının istifadə olunmasını təmin etməkdir. Təlimatda “bütün tədbirlərdə yalnız Türkiyə bayrağının istifadə olunmasına diqqət yetirilməlidir” ifadəsi işlədilib .Bəzi sosial media hesablarında və xəbər saytlarında “Atatürkün fotoşəkillərinin istifadəsi qadağandır” iddiası alçaldıcı bir böhtandır”.

Banu