Bu ixtisası bitirənlər əsgərliklərini universitetdə davam etdirəcəklər – MÜHÜM YENİLİK

Universiteti bitirən gənc İT mütəxəssislər əsgərliyi yenidən digər universitetdə davam etdirəcəklər.

Oct 16, 2024 - 20:19
Oct 16, 2024 - 20:21
Bu ixtisası bitirənlər əsgərliklərini universitetdə davam etdirəcəklər – MÜHÜM YENİLİK

SAVASHMEDİA.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

Osman Gündüz bildirib ki, yeni əsgərlik konsepsiyasına əsasən Milli Müdafiə Universitetinin tərkibində yeni bölmələr yaradılır: 

“Digər universitetlərin, o cümlədən xarici universitetlərin bakalavr və magistraturasını İT ixtisaslar üzrə uğurla bitirənlər Milli Müdafiə Universitetinin tərkibində həmin bölmələrdə xüsusi şəraitdə əsgərliklərini davam etdirəcəklər. Onlar öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunacaqlar. Bununla da Ordumuzda yeni intellektual qabiliyyətli bölmələr yaradılmasına start verilir. Düşünürəm ki, çox faydalı və əhəmiyyətli bir addımdır. Bununla da təhsili yeni başa vuran İT mütəxəssislər həm öz bilik və bacarıqlarını təkmilləşdirərək faydalı təcrübə qazanacaq, həm də Orduda rəqəmsal bacarıqların inkişafına və yeni imkanların yaradılmasına əhəmiyyətli töhfə verəcəklər”. 

Qeyd edək ki, dünən Müdafiə Nazirliyinin açıqladığı məlumatda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradıldığı qeyd olunub.

Oğuz