Bu korporosiya monopoliyada ittiham olundu – Birləşmiş Ştatlarda

ABŞ Ədliyyə Nazirliyi “Google”u biznesinin bir hissəsini satmağa məcbur etmək imkanını nəzərdən keçirir.

Oct 9, 2024 - 13:16
Bu korporosiya monopoliyada ittiham olundu – Birləşmiş Ştatlarda

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentlik yazır ki, buna səbəb məhkəmənin “Google”u axtarış sistemləri arasında inhisarçı kimi tanımasıdır.

Ədliyyə Nazirliyi 32 səhifəlik sənədlə öz təkliflərini məhkəməyə təqdim edib. Sənəddə deyilir ki, qurum hüquqi müdafiənin davranış və struktur vasitələrini nəzərdən keçirir. Çünki bu, “Google”un axtarışda və süni intellektin istifadəsində üstünlük əldə etməsi üçün “Chrome”, “Play” və “Android” kimi məhsullardan istifadə etməsinə yol verməyəcək. 

Ədliyyə Nazirliyinin hesabatında deyilir ki, on ildən artıq müddət ərzində “Google” rəqiblərinə istifadəçilər uğrunda mübarizə aparmaları üçün heç bir stimul qoymadan ən populyar paylama kanallarına nəzarət edirdi. ABŞ səlahiyyətlilərinə görə, “Google” onlayn axtarış bazarının təxminən 90%-ni rəqiblərdən bloklayır.

Ədliyyə Nazirliyi həmçinin “Google”dan “Apple” və digər cihaz istehsalçılarına  ödənişi dayandırmasını istəyir. 

“Google” nazirliyin hesabatını radikal adlandırıb və qeyd edib ki, qurum xüsusi hüquqi məsələlərdən çox kənara çıxır. Korporasiya bildirib ki, onun axtarış sistemi keyfiyyətli işinə görə istifadəçilər arasında populyardır və onlar hansı axtarış sistemini seçməkdə sərbəstdirlər. Şirkət, özünün “Amazon” tərəfindən ciddi rəqabətə məruz qaldığını vurğulayıb.

Nazirliyin noyabrın 20-dək məhkəməyə daha konkret təklif təqdim edəcəyi, “Google”un isə dekabrın 20-dək cavab verməsi gözlənilir.

CNBC isə yazıb ki, bu, antiinhisar tədbirlər çərçivəsində texnoloji nəhəngin dağılmasına gətirib çıxara bilər, lakin ekspertlər belə ssenarinin mümkün olmadığını düşünürlər.

Xatirə SADİQ