Azərbaycanda 3 xanım vəzifədən azad edildi
Sumqayıtda bir neçə təhsil müəssisəsinin rəhbər heyəti arasında kadr dəyişikliyi olub.
SAVASHMEDİA.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmrlər imzalanıb.
Belə ki, Qönçə Səftərova "Təfəkkür Liseyi"nin direktoru vəzifəsindən, Adilə Süleymanova 11 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən və Gülbahar Haqverdiyeva isə 6 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad olunublar.
Digər əmrlərlə Q.Səftərova 6 nömrəli tam orta məktəbə, A.Süleymanova "Təfəkkür Liseyi"nə, G.Haqverdiyeva isə 63 nömrəli körpələr evinə rəhbər təyin edilib.