Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu
Yaponiyada 7,4 bal gücündə zəlzələ olub.
SAVASHMEDİA.az xəbər verir ki, yeraltı təkanlar Yaponiyanın Aomori prefekturasında qeydə alınıb.
Hökumət güclü zəlzələdən sonra sahil əraziləri üçün sunami xəbərdarlığı edib.
Məlumatda bildirilib ki, İvate prefekturası və Hokkaydo adasında sunami dalğalarının hündürlüyü 3 metrə çata bilər. Dövlət qurumları sahil ərazilərindəki sakinlərə daha yüksək yerlərə çıxmaları ilə bağlı xəbərdarlıq edib.
Banu