“Spartak”ın sabiq forvardı Niderlanda ekstradisiya olundu
Moskva “Spartak”ının keçmiş hücumçusu Kvinsi Promes Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Niderlanda ekstradisiya edilib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə De Telegraaf məlumat yayıb.
Məlumata görə, futbolçu hazırda məhkəmə orqanlarının icarəyə götürdüyü təyyarə ilə Niderlanda yola düşür. Uçuş zamanı onu bu məqsədlə BƏƏ-yə gəlmiş Kral Hərbi Polisinin əməkdaşları mühafizə edir.
De Telegraaf yazır ki, ilkin olaraq Promesin Niderlanda müntəzəm KLM reysi ilə göndərilməsi planlaşdırıldı, lakin futbolçunun təyyarədə turistlər tərəfindən şəklinin çəkmə ehtimalı çox yüksək olduğundan bu fikirdən daşınılıb.
“Challenger 604” təyyarəsi yerə endikdən sonra futbolçu istintaq təcridxanasına köçürüləcək. O, təcridxanada iki iş üzrə cəzasını çəkməyə başlayacaq. Forvard kokain qaçaqmalçılığına görə altı il, əmisi oğluna bıçaqla hücuma görə isə daha il yarım həbs cəzasına məhkum edilib.
Xatırladaq ki, futbolçu ötən il iyunun 12-də Dubayda saxlanılıb.
Xatirə SADİQ