DTX-nin bu gün saxladığı icra başçısı onların qohumudur - Maraqlı detal

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Qax rayonunun icra başçısı Musa Şəkiliyevlə bağlı yeni məlumat daxil olub.

Jun 20, 2025 - 16:36
DTX-nin bu gün saxladığı icra başçısı onların qohumudur - Maraqlı detal

SAVASHMEDİA.az xəbər verir ki, publika.az-ın əldə etdiyi məlumata görə, Musa Şəkiliyev baş nazirin köməkçisi Əhməd Əhmədzadənin, həmçinin Zaqatala rayonunun icra başçısı Mübariz Əhmədzadənin xalası oğludur. Mübariz Əhmədzadə ilə Əhməd Əhmədzadə qardaşdır.

Qeyd edək ki, Musa Şəkiliyev 2010-cu ildə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.