Yağış yağacaq, dolu düşəcək - Hava ilə bağlı XƏBƏRDARLIQ

İyunun 21-24-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. 

Jun 20, 2025 - 16:59
Yağış yağacaq, dolu düşəcək - Hava ilə bağlı XƏBƏRDARLIQ

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Bu barədə SAVASHMEDİA.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.