Rusiya XİN-dən müəmmalı açıqlama – “Davankov əməkdaşımız deyil”
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Dövlət Dumasının sədr müavini Vladislav Davankovun amerikalı milyarder İlon Maskın Rusiyadan siyasi sığınacaq istəməsi ilə bağlı nazirliyə müraciət etməsi ilə bağlı açıqlamasına münasibət bildirib.
SAVASHMEDİA.az bu barədə TASS agentliyinə istinadən xəbər verir.
XİN-dəki mənbə qeyd edib ki, Davankov nazirlikdə işləmir.
Maraqlıdır ki, Rusiyanın xarici siyasət idarəsi Maskdan müraciət daxil olub-olmaması ilə bağlı suala aydınlıq gətirməyib.
Qeyd edək ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu kuluarlarında Davankov bildirib ki, guya Rusiya Xarici İşlər Nazirliyi İlon Maskdan siyasi sığınacaq xahişi alıb və departament buna bir ay ərzində baxmalıdır.
Xatirə SADİQ