“Trampla bağlı belə məlumatı eşitməmişik” - Kremlin sözçüsü 

Yaponiya üzərində qələbənin 80-ci ildönümü münasibətilə Pekindəki sentyabr tədbirləri zamanı Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında militarist görüş keçirilə bilər. 

Jul 21, 2025 - 16:08
“Trampla bağlı belə məlumatı eşitməmişik” - Kremlin sözçüsü 

SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

O, həmçinin qeyd edib ki, Amerika liderinin Çinə səfəri planlaşdırdığına dair hələ heç bir sübut yoxdur.

“Biz Pekinə səfərə hazırlaşırıq. Bu, həqiqətən də dövlət başçısının gündəmindədir. Amma eşitməmişik ki, prezident Tramp da Pekinə getməyə hazırlaşır. Əgər belə olsa, o da orada olarsa, o zaman görüşün keçirilməsinin məqsədəuyğunluğu məsələsinin də qaldırılacağını istisna etmək olmaz”, - deyə Kremlin sözçüsü əlavə edib.

Qeyd edək ki, Britaniyanın “The Times” qəzeti  II Dünya müharibəsinin başa çatması ilə bağlı sentyabrda Pekində keçiriləcək bayram şənliyində Rusiya, Çin və ABŞ liderlərinin görüşünün mümkünlüyünə dair iddia dərc edib.

Xatirə SADİQ