Türkiyə Rusiyanın xahişinə məhəl qoymadı - "Geri qaytarmayacağıq"
Rusiya Türkiyəyə satdığı S-400 zenit-raket komplekslərini “geri qaytarmır” və onlar əvvəlki kimi türk ordusunun ixtiyarında qalır.
SAVASHMEDİA.az T24 qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyindəki mənbələr bildiriblər.
Bu şərh Rusiyanın təxminən səkkiz il əvvəl Türkiyəyə satdığı S-400-ləri “geri almağa” hazırlaşdığına dair xəbərlərdən sonra səsləndirilib.
“Hava hücumundan müdafiə sistemləri bizim silahımızdadır. S-400-lə bağlı mövqeyimiz dəyişməyib”, - Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edək ki, bundan öncə Amerikanın “The National Interest” jurnalının köşə yazarı Piter Suçiu yazmışdı ki, Rusiya “2017-ci ildən faktiki olaraq toxunulmaz qalmış” Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemlərini satın almaq üçün Türkiyə ilə danışıqlar apara bilər.
Xatirə SADİQ