"Bu ölkələr dalımı öpür, zəng edib yalvarırlar ki..." - Tramp
ABŞ prezidenti Donald Tramp ABŞ-ın gömrük rüsumlarına görə ABŞ-dan ticarət razılaşması istəyən ölkələri pisləyib.
SAVASHMEDİA.az xəbər verir ki, Tramp Respublikaçıların Milli Komitəsindəki çıxışı zamanı ilginc açıqlamalar verib:
"Bu ölkələr bizə zəng edib dalımı öpürlər. Onlar sadəcə olaraq sövdələşməyə can atırlar: "Lütfən, zəhmət olmasa, sövdələşin. Mən hər şeyi edəcəm. Mən hər şeyi edəcəm, cənab..." Amma biz onlarla sövdələşmə etmək istəmirik. Biz əlimizdə olandan razıyıq, gündə 2 milyard dollarımızı əldə edirik. Amma onlar bizimlə sövdələşmək istəyirlər".
Tramp iddia edib ki, 70-dən çox ölkə ticarət sazişləri bağlamaq xahişi ilə ABŞ-yə müraciət edib.
Oğuz