Hərbi qulluqçumuz vəfat etdi

Azərbaycan Ordusunun hərbi qulluqçusu dünyasını dəyişib.

Oct 8, 2025 - 13:46
Hərbi qulluqçumuz vəfat etdi

SAVASHMEDİA.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, əsgər İbrahimli Əli Ramin oğlu oktyabrın 5-də axşam saatlarında kəskin ürək-ağciyər çatışmazlığından vəfat edib.

Müdafiə Nazirliyi faktı sayta təsdiqləyib.

Qeyd edək ki, mərhum oktyabrın 6-da Şəmkirdə torpağa tapşırılıb.

Faktla bağlı araşdırma aparılır.