"Ulduz"da qatar yoluna düşən gəncdən xəbər var - TƏBİB-dən AÇIQLAMA
"Ulduz" metrostansiyasında qatar yoluna düşən 20 yaşlı şəxsin (kişi cinsli) vəziyyəti açıqlanıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, dərhal hadisə yerinə təcili yardım briqadası cəlb olunub.
Xəsarət alan şəxs sağ aşağı ətrafın amputasiyası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.