Bu ölkənin səfiri Rusiyadan sığınacaq istədi
Suriyanın Rusiyadakı səfiri Bəşar Cəfəri Rusiyadan siyasi sığınacaq istəyib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.
“Suriya səfiri Rusiyada sığınacaq üçün müraciət edib”,- məlumatda deyilir.
Hazırda bu məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, xəbərin yayılması beynəlxalq media və ekspertlər arasında geniş müzakirələrə səbəb olub.