“Bu raketlərin Kiyevə verilməsi təəccüblü olardı” - Lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrov “Tomaqavk” raketlərinin Ukraynaya mümkün tədarükünə şübhə ilə yanaşır. 

Sep 30, 2025 - 15:34
“Bu raketlərin Kiyevə verilməsi təəccüblü olardı” - Lavrov

SAVASHMEDİA.az TASS agentliyinə istinadən xəbər verir ki, o, bu barədə “Valday” beynəlxalq diskussiya klubunun 22-ci illik toplantısı çərçivəsində jurnalistlərə deyib.

Onun sözlərinə görə, "Tomaqavk” raketlərinin Ukraynaya mümkün tədarükünü həll olunmuş məsələ hesab etmək olmaz.

Nazir təmsil olunduğu hakimiyyətin bu məsələ ilə bağlı mövqeyini xatırladıb: “Kreml artıq tam aydın şəkildə bildirib ki, hətta “Tomaqavk” raketləri Ukrayna ərazisində olarsa belə, bu, hərbi vəziyyəti dəyişməyəcək”.

O, qeyd edib ki, ABŞ-nin Ukraynanı “Tomaqavk” raketlərindən istifadəyə görə məsuliyyət daşıyan ölkə hesab etməsi təəccüblü olardı: “Amerikalılar hamıya “Tomaqavk” tədarük etmirlər. Avropalılar arasında, səhv etmirəmsə, İspaniya və Niderlanda göndərirlər, qalanlardan bir qədər ehtiyatlanırlar. Əgər onlar Ukrayna məsuliyyətli dövlət olduğunu, ondan məsuliyyətlə istifadə edəcəyini hesab edirlərsə, bu, mənim üçün təəccüblü olacaq”.

Xatirə SADİQ