"Kılıçdaroğludan bunu gözləməzdim" - Mansur Yavaş  

Ankara Böyükşəhər Bələdiyyə sədri Mansur Yavaş sabiq CHP sədri Kamal Kılıçdaroğlu ilə görüşdən sonra jurnalistin suallarını cavablandırıb.

Jun 28, 2025 - 16:39
"Kılıçdaroğludan bunu gözləməzdim" - Mansur Yavaş  

SAVASHMEDİA.az xəbər verir ki, Mansur Yavaş verdiyi açıqlamada Kılıçdaroğlu ilə yeni görüşün olmayacağını bildirib:

“Hər şey müzakirə olundu, lazımı olanlar çatdırıldı, məsələ davaya çevrildi. Bundan sonra bir görüş olacağını düşünmürəm”.

M.Yavaş qeyd edib ki, yaşanan hadisələr CHP-yə çox böyük zərər verir:

“Kamal bəydən belə bir çıxış gözləmirdim. Bu davranış hər şeyi çətinləşdirir. Çox lazımsız mübarizə aparırlar. Ərdoğanın istədiyi olur. Qarşı tərəfin “bunlar özləri bir-biri ilə anlaşa bilmirlər” sözlərini haqlı çıxarırlar. Bu hadisələrin partiyamıza heç bir faydası yoxdur”.

Banu