Almaniya tərəfləri təmkinli olmağa çağırdı – Gürcüstanda
Almaniya Xarici İşlər Nazirliyi (XİN) ATƏT/DTİHB-nin Gürcüstan seçkiləri ilə bağlı ilkin qiymətləndirməsini tam dəstəklədiyini bəyan edib.
SAVASHMEDİA.az gürcü mediasına istinadən xəbər verir ki, XİN eyni zamanda gərginlik və qanun pozuntuları barədə məlumatlardan narahat olduğunu bildirib.
“Almaniya Gürcüstanda bundan sonrakı hadisələri diqqətlə izləyir və bütün tərəfləri təmkinli olmağa, zorakılıqdan və gələcək qütbləşmədən qaçmağa çağırır. Seçkilərin nəticələrinin emalı və hökumətin formalaşdırılması Gürcüstanın Avropa yolunda gələcək irəliləyişinə də təsir edəcək”, - bəyanatda deyilir.
Xatirə SADİQ