“Gürcüstandakı vəziyyət Avropa Şurasının noyabr iclasında qiymətləndiriləcək” – Şarl Mişel
Avropa Şurasının prezidenti Şarl Mişel Gürcüstandakı seçkilərlə bağlı açıqlama ilə çıxış edib.
SAVASHMEDİA.az zəbər verir ki, bu barədə “News Georgia” məlumat verib.
O, bildirib ki, Avropa Şurası ATƏT/DTİHB-nin seçkilərlə bağlı ilkin qiymətləndirməsini nəzərə alır, eləcə də Gürcüstan MSK-nı və digər qurumları seçkilərlə bağlı bütün pozuntuları və ittihamları operativ şəkildə araşdırmağa çağırır;
Şarl Mişel Gürcüstan rəhbərliyinə müraciət edərək, Avropa Şurasının iyun və oktyabr aylarında keçirilmiş iclaslarının nəticələrinə uyğun olaraq, Avropa kursuna sadiqliyini bir daha təsdiqləməyə çağırıb.
O, nəzərə çatdırıb ki, bütün siyasi qüvvələr arasında konstruktiv və inklüziv dialoq indi xüsusi əhəmiyyət kəsb edir: “Noyabr iclasında Avropa Şurası mövcud vəziyyəti qiymətləndirəcək və Gürcüstanla münasibətlərdə gələcək addımları müəyyən edəcək”.
Xatirə SADİQ