Bu yolun təmirinə 1,5 milyon manat ayrıldı - Sərəncam

Ağdaş rayonunun Davudlu–Binələr–Güvəkənd–Əmirarx–Qaradeyin–Eymur–Ərəbşəki–Ağcaqovaq avtomobil yolu əsaslı təmir olunacaq.

Feb 19, 2025 - 17:08
Bu yolun təmirinə 1,5 milyon manat ayrıldı - Sərəncam

SAVASHMEDİA.az xəbər verir ki, bununla Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla 9 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən yolun təmiri üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1,5 milyon manat ayrılıb.