"Özümə düşən evi sürücümə vermişəm. Günahdır?" - Yazıçı Anar

Xalq Yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar lent.az-a geniş müsahibə verib. Müsahibədə bi çox maraqlı məqamlara toxunan yazıçı əleyhinə səsləndirilən bəzi iradlara da cavab verib.

Feb 19, 2025 - 16:50
"Özümə düşən evi sürücümə vermişəm. Günahdır?" - Yazıçı Anar

SAVASHMEDİA.az xəbər verir ki, sürücüsünə Yazıçılar Birliyinin hesabından ev verməsi ilə bağlı deyilənləri təsdiqləyən Xalq yazıçısı bunu belə əsaslandırıb: 

"Yüz adama ev vermişəm, o 100 nəfərdən biri mən ola bilmərəm? Özümə ala biləcəyim evi sürücümə vermişəm. Sürücü də insandır, 19 il mənimlə işləyib. İndi də Allah rəhmət eləsin, rəhmətə gedib. Onun ixtiyarı yox idi? Buradan ev almayıb, haradan alacaqdı? Bir nəfər sürücü alıb ev, qalan hamısı yazıçılar, şairlərdir. Bir nəfərə görə, AYB-ni tənbeh eləmək olmaz axı. Bunu deyənlər ədalətsiz hərəkət edir.

- Deyirsiz, evi ehtiyacı daha çox olanlara veririk. Bəs sizin, həqiqətən, ehtiyacınız var?

- Mənim ehtiyacım yoxdur, amma bir yazıçı kimi mən də iddia edə bilərəm. 100 ev vermişəm, 1 nəfər sürücüyə görə bizə ədalətsiz deyə bilərlər? Yenə deyirəm, o adam 19 il burada işləyib və etibarlı adamdır. 37 ildə mənim ən böyük günahım budursa, yaxşı, qəbul edirəm.