"Burada kameralar olmasaydı, onu göstərərdim..." - Putin açıq təhqirə keçdi

Rusiya Prezidenti Vladimir Putin NATO ölkələrinə yönəlmiş sərt açıqlaması ilə diqqət çəkib. 

Jun 13, 2026 - 00:34
"Burada kameralar olmasaydı, onu göstərərdim..." - Putin açıq təhqirə keçdi

SAVASHMEDİA.az xəbər verir ki, o, Rusiyanın məğlubiyyətini arzulayan və gələcəkdə ölkənin resurslarının bölüşdürülməsində iştirak etmək istəyən qüvvələri açıq şəkildə təhqir edib.

"Kameralar olmasaydı, Rusiyanı bölmək istəyənlərin nəyə nail olacaqlarını hamınızın bildiyi məşhur  əl jesti ilə göstərərdim", - Putin bildirib.

Putin hansı jesti nəzərdə tutduğunu açıqlamasa da, bəziləri onun postsovet məkanında geniş yayılmış "üç barmağın məşhur kombinasiyası"ndan bəhs etdiyini təxmin edir. Baş barmağın şəhadət və orta barmaq arasına sıxılması ilə göstərilən bu jest adətən "sizə heç nə çatmayacaq", "heç nəyə nail ola bilməyəcəksiniz" mənasını verir.

Rusiya lideri əlavə edib ki, NATO ölkələri Moskvaya strateji məğlubiyyət yaşatmağa çalışsalar da, bu məqsədlərinə çata bilməyiblər və artıq bunun mümkünsüz olduğunu anlayırlar.

Səlcuq