"Bunu etsək, Putin hamımızı öldürəcək" - Zelenski
Ukrayna prezidenti Vladimir Zelenski orduda ixtisarlara getməyin yolverilməz olduğunu bildirib.
O vurğulayıb ki, cəmiyyətin ordudan tərxis olunmaqla bağlı istəyi olsa da, bu, indi mümkün görünmür.
SAVASHMEDİA.az -ın xəbərinə görə, o, italiyalı jurnalist Sesiliya Salliyə verdiyi müsahibədə aşağıdakıları deyib:
“Əgər ordunun yarısını bu gün evə buraxsaq, gərək sabah təslim olaq. Ordunun yarısı evə getsə, Putin hamımızı öldürəcək.”.
Zelenskinin sözlərinə görə, Ukrayna kifayət qədər çox sayda əsgəri səfərbər etsə də, bu, kifayət deyil və keyfiyyət üzərində işləməyə ehtiyac var.
Səlcuq