Buzovnalılar aktyorları təhdid edib? - DİN-dən açıqlama

“Ayıq sürücü” filmində iştirak edən aktyorların təhdid olunması və hücuma məruz qalması ilə bağlı iddialar araşdırılıb.

Apr 8, 2025 - 00:01
Buzovnalılar aktyorları təhdid edib? - DİN-dən açıqlama

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib.

Onun sözlərinə görə, Buzovna qəsəbəsinin bir qrup sakini ilə aktyor heyətinin görüşü olub.

Görüşdə anlaşılmazlıq yaradan hallara görə filmdən həmin hissələrin çıxarıldığı diqqətə çatdırılıb. Aktyorlara hücum edilməsi və digər qanunsuz hallarla bağlı iddialar isə təsdiqini tapmayıb və buna görə polisə hər hansı müraciət daxil olmayıb.

Qeyd edək ki, ötən gün aktyorlar Rasəf Mehdiyev və Səmimi Fərhad onlara hücum olunduğunu bildirərək önləm üçün bığlarını qırxmışdılar.