"Çay paylayan adamı icra başçısı qoyub, bir dəfə qapıma gəldi ki..." - Mehdiyevdən danışdı
"Ramiz Mehdiyev Qurban bayramı günü adam göndərib, kirayədə yaşayan kiçik oğlum Əlihüseyni evdən çıxarıb. Əvvəlcə anasını təhdid ediblər, sonra oğluma yumruq vurublar ki, 60 manat “supulu” borcunuz var".
SAVASHMEDİA.az xəbər verir ki, bunu sabiq deputat Hacı Qalib Salahzadə musavat.com-a deyib.
O, Ramiz Mehdiyevin çox qanunsuz işlər gördüyünü bildirib:
"Ramiz Mehdiyevin Prezident Administrasiyasında işə götürdüyü xadiməni belə qovmaq lazımdır. Çay paylayan adamı icra başçısı qoyub. Mən bu günü gözləyirdim. Cənab Prezidentin müharibəyə başı qarışmışdı, bunlar da əl-qol açmışdılar. Cənab Prezidentin çörəyini yeyib, Prezident bunun üçün nə istəsən, edib... Ramiz isə altdan-altdan xəyanət edib.
Ramiz Mehdiyev mənimlə elə danışırdı, elə bil, ölkənin rəhbəridir. Sonra parlamentdəki qohumlarından biri yaxınlaşdı ki, səni kişinin yanına aparım. Bəyəm bunlar bilmirlər ki, mən kiməm, qabiliyyətim nəyə çatır? Ramiz Mehdiyevi həyatımda iki dəfə görmüşəm. Özü qapıma gəldi, Bilgəhdəki torpaqlardan istədi, mən vermədim. Elə buna görə 1994-cü ildən mənimlə düşmən olub. Zakir Qaralova da torpaq vermədim. Hasarlamışdı, sökdüm".