Cəlilabadda çaqqal 3 nəfəri yaraladı

Cəlilabadda çaqqal kənd sakinlərinə hücum edib, üç nəfər yaralanıb.

Aug 9, 2025 - 12:49
Aug 9, 2025 - 13:28
Cəlilabadda çaqqal 3 nəfəri yaraladı

Hadisə Cəlilabad rayonunun Şatırlı kəndində qeydə alınıb. Çaqqal qəfil kənd sakinlərinə hücum edib.

Nəticədə üç nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. (teleqraf)