"Çelsi" ilə oyunda zədələnən Kadi xəstəxanadan fotosunu paylaşdı - Bunları yazdı
"Qarabağ"ın “Çelsi” ilə oyunda zədələnən yarımmüdafiəçisi Kadi Borges oyundan dərhal sonra “Liv Bona Dea Hospital”da müayinədən keçib.
SAVASHMEDİA.az xəbər verir ki, müayinənin nəticələrinə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb.
Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.
Kadi Borges özü isə "Instagram" hesabında sağlıq durumu ilə bağlı paylaşım edib.
"Çətin anlar hər idmançının həyatının bir hissəsidir. Bu zədə mənim üzümdəki təbəssümü əlimdən ala bilməz, mən meydanlara daha güclü qayıdacağam. Sevgi və qayğı dolu bütün mesajlarınız üçün çox sağ olun. Hamınızı çox sevirəm", - futbolçu paylaşımında qeyd edib.
Qeyd edək ki, Kadi Borges "Qarabağ" - "Çelsi" (2:2) qarşılaşmasının 31-ci dəqiqəsində zədələnərək meydanı tərk edib.
Oğuz