İspaniya kralı krallığın 70 ildir gizlədiyi sirri açdı – Qardaşını necə qətlə yetirib?
İspaniyanın sabiq kralı I Xuan Karlos krallığın 70 ildir gizli saxladığı qətli etiraf edib.
SAVASHMEDİA.az xəbər verir ki, sabiq tac sahibi bunu özünün nəşr olunacaq "Mi vida, mi verdad" (Mənim həyatım, mənim gerçəklərim) adlı xatirə kitabında yazıb.
I Xuan Karlos kitabda böyük bir ailə faciəsinə səbəb olduğunu qeyd edib. O bildirib ki, hadisə 1956-ci ildə Portuqaliyadakı mülklərində baş verib. İçinin boş olduğunu düşündüyü tapança ilə oynayarkən yanlışlıqla qardaşı İnfante Alfonsonu alnından vurub. Qardaşı atasının qollarında canını tapşırıb.
I Xuan Karlos faciənin ona vurduğu zərbəni heç vaxt unduda bilməyəcəyini bildirib:
“O vaxtlar hələ 18 yaşım yox idi. Haqqımda heç bir araşdırma başladılmadı. Atam tapançanı dənizə atdı və Alfonsonun cənazəsini İspaniya bayrağı ilə örtdü. Məni silkələyərək bunu qəsdən etmədiyimi deməyimi istədi. Amma atamla aramızdakı münasibət bir daha heç vaxt əvvəlki kimi olmadı. Mən bu faciəni heç vaxt unuda bilmədim. Sadəcə qardaşımı deyil, həm də bir dostumu, sirdaşımı itirdim. Həyatım qaraldı. Hələ də ancaq onu düşünürəm”.
I Xuan Karlos bu faciənin ardınca hərbi məktəbə qayıdıb. 1975-ci ildə atası Fransisko Frankonun ölümündən sonra taxta çıxıb. Ancaq hakimiyyət illəri boyunca korrupsiya iddiaları, seks qalmaqalları və lüks həyat tərzi ilə ittiham olunub. 2014-cü ildə taxtı oğlu VI Filippə verərək hakimiyyətdən gedib.
Həmin vaxtlarda kralın 2000-dən çox qadınla cinsi əlaqədə olması ilə bağlı iddialar yayılmışdı.
Sabiq kralın xatirə kitabı atası F. Frankonun ölümünün 50-ci ilində İspaniyada nəşr olunacaq.
Qeyd edək ki, oğlu kral VI Filipplə aralarında soyuqluq olan I Xuan Karlos hazırda sürgün olunduğu Dubaydakı iqamətgahında yalnız yaşayır. O, hər fürsətdə oğlu ilə barışmaq və sevimli nəvələri ilə görüşmək istədiyini bildirir.
Banu