Cənubi Koreyada kəşfiyyat rəhbəri saxlanıldı

Cənubi Koreya hərbi kəşfiyyatının rəhbəri Mun San Xo və onun sələfi No San Von həbs edilib.

Dec 15, 2024 - 17:20
Cənubi Koreyada kəşfiyyat rəhbəri saxlanıldı

Bu barədə “Yonhap” məlumat yayıb.

Onların hər ikisi hərbi vəziyyətlə bağlı qiyamda iştirakda şübhəli sayılır.

Bundan əvvəl sabiq müdafiə naziri Kim Yon Xyon və hərbi əks-kəşfiyyatın rəhbəri Yo İn Xyon həbs edilib.