Culaninin ilginc Türkiyə keçmişi, 2019-cu ildən başlayan dostluğun hekayəsi - YENİ FAKT + VİDEO
Suriya üsyançılarının lideri Əbu Məhəmməd əl-Culani haqqında yeni faktlar ortaya çıxıb.
SAVASHMEDİA.az xəbər verir ki, Rusiya mətbuatında 2019-cu il fevralın 2-də dərc olunmuş bir material onun Türkiyə ilə əlaqələlərinin necə başladığı haqqında ciddi mənbə hesab oluna bilər.
Həmin məqaləni olduğu kimi təqdim edirik:
Komaya düşən “Cəbhat ən-Nusra”nın lideri Türkiyəyə aparıldı
“Cəbhat ən-Nusra” terror təşkilatının lideri Əbu Məhəmməd əl-Culani Suriyanın İdlib şəhərində partlayış nəticəsində başından qəlpə yarası alıb.
Bu barədə RİA Novosti agentliyinə türk mənbələrindən bildirilib.
Partlayış nəticəsində ağır yaralanan Əl Culaninin Hatay vilayətinin Antakya şəhərində, dövlət xəstəxanasına yerləşdirildiyi deyilir.
Məlumata görə, Əbu Məhəmməd başından əməliyyat olunub. Hazırda o, komadadır, vəziyyəti ağırdır.
Qeyd edək ki, Dəməşq məhkəməsi Əbu Məhəmməd əl-Culani haqqında ölüm hökmü qərarı verib.
19.02.2019
***
Maraqlı məqamlardan biri isə Culaninin o illərdə Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri olmuş hazırkı XİN rəhbəri Hakan Fidanla şəxsi münasibətlərinin olması haqqında iddialardır. Iddialara görə, onların tanışlığı Culaninin məhz Türkiyədə əməliyyat olunduğu vaxtdan başlayıb.
***
Əbu Məhəmməd əl-Culaninin Türkiyə rəsmilərinə simpatiyasını təsdiqləyən digər fakt isə bu günlərdə Dəməşqdə səfərdə olan Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalına göstərilən xüsusi münasibətdir.
Belə ki, Kalının Əməvi məscidinə səfəri zamanı onun avtomobilini Culani şəxsən özü idarə etmişdi.
Həmin görüntüləri təqdim edirik: