Epşteynin İsrail kəşfiyyatı ilə əlaqələri olub? - Netanyahudan AÇIQLAMA
İsrail hökuməti “Epşteyn faylları” ilə bağlı açıqlama verib.
SAVASHMEDİA.az xəbər verir ki, Baş nazir Benyamin Netanyahu “Epşteyn Mossad üçün işləyib” iddialarının fərziyyə olduğunu bildirib.
“Epşteynin Mossad üçün işlədiyi iddiaları dəlillərə deyil, fərziyyələrə əsaslanır. Epşteynin İsrailin keçmiş Baş naziri Ehud Barakla anlaşılmaz dərəcədə yaxın münasibəti İsrail üçün işlədiyi anlamına gəlmir. Əksinə, bu münasibət onun İsrailə qarşı olduğunu göstərir. Çünki iyirmi ildən artıq bir müddətdir seçkilərdəki məğlubiyyətini həzm edə bilməyən Ehud Barak var gücü ilə İsrail demokratiyasını baltalamağa çalışır. İsrail hökumətini devirmək üçün uğursuz cəhdlər edən anti-sionist radikal solçularla əməkdaşlıq edir" – Netanyahu bildirib.
Qeyd edək ki, bu açıqlama “Epşteyn faylları” ilə bağlı yəhudi dövlətinin ilk reaksiyasıdır.
Banu