CHP sədri AKP-nin gizli İmralı təklifindən danışdı - "Heç kim bilməyəcək, lap deyərik ki..."
CHP sədri Özgür Özel “Terrorsuz Türkiyə” prosesi çərçivəsində siyasi partiya üzvlərinin İmralı həbsxanasında cəza çəkən terrorçubaşı Abdullah Öcalanla görüşü barədə açıqlama verib.
SAVASHMEDİA.az xəbər verir ki, Ö.Özel proseslə bağlı hakim Ədalət və İnkişaf Partiyasını (AKP) səmimi davranmamaqda, siyasi qazanc və risk hesabı aparmaqda ittiham edib:
“AKP proseslə bağlı səmimi davranmır. Başından bəri bütün işi MHP-yə yükləyib bu prosesi siyasi qazanc və risk sahəsi olaraq idarə edir. Bununla bağlı bizi təndiq edir, amma CHP-nin mövqeyi qəti və səmimidir. Biz komitəyə qoşulduq və töhfə verməyə sadiq olduğumuzu nümayiş etdirdik, hələ də davam edirik. İmralı ziyarəti barədə qərarımızı xalqımızın, seçicilərimizin, siyasi bazamızın bizdən gözləntiləri əsasında aldıq və tarix önündə qeydə köçürdük. DEM partiyasının (Xalqların Bərabərliyi və Demokratiya) seçicilərinin DEM partiyasından gözləntiləri ilə CHP elektoratının CHP-dən gözlədiklərinin eyni olmaması normal haldır və anlayışla qarşılanmalıdır. AKP-nin bu proseslə bağlı siyasəti “dovşana qaç, tazıya tut”dur. Prosesi “siyasi qazanc əldə edə bilərəmmi, riski MHP-nin boynuna necə yükləyə bilərəm” hesabları ilə idarə edir.
Ö.Özel görüşdən öncə AKP-nin etdiyi gizli təklifi də açıqlayıb:
İmralı görüşü barədə hələ qərarımızı açıqlamamışdıq, AKP-nin önəmli şəxslərindən biri bizə “Adaya siz də gəlin, onsuz da video, şəkil çəkilməyəcək. Nə vaxt gedib, nə vaxt qayıtdığımız bəlli olmayacaq. Jurnalistlər görməsin deyə gəmi ilə gedilməyəcək, helikopterlə gedəcəyik. Helikopterin qalxış və eniş vaxtı da gizli qalacaq. Görüş baş tutandan bir gün sonra açıqlanacaq və “O məsələ həll olundu” deyiləcək. İstəsəniz, görüşə sizdən kimin getdiyini də açıqlamarıq, “CHP”dən biri gəlmişdi” deyərik, amma mütləq gəlin” dedi. Mən isə “Bu getməkdirmi?” sualını verdim. “Bu iş belə olacaq” dedi. Bizi bu görüşə getməyə qoymayan səbəbi AKP-də görür, risk olduğunu anlayır və özünü riskdən xilas etmək üçün bu şəkildə davranır”.
CHP sədri İmralı danışıqlarının gizli qalmamalı olduğunu bildirib:
“İmralı görüşündə qeydə alınan protokollar komissiyaya açıqlanmalıdır. Komissiya üstündən də siyasi partiyalar nə danışıldığını bilməlidir. Bundan sonra gizli qalıb-qalmamasına qərar verilməlidir. Mən bilmək istəyirəm ki, İmralı protokollarının gizli qalmasının səbəbi nədir. Əgər gizli qalmasına gərək yoxdursa, biz də ictimaiyyətə açıqlanması üçün dəstək verəcəyik”.
Banu