CHP sədri Mansur Yavaşa görə Ərdoğana xəbərdarlıq etdi - "O əlləri qırarıq"

Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP) Afyonkarahisarda “Millət iradəsinə sahib çıxır” adlı mitinq təşkil edib.

Sep 27, 2025 - 21:25
CHP sədri Mansur Yavaşa görə Ərdoğana xəbərdarlıq etdi - "O əlləri qırarıq"

SAVASHMEDİA.az xəbər verir ki, mitinqdə çıxış edən CHP sədri Özgür Özəl Ankara Böyükşəhər Bələdiyyəsinə qarşı başladılan əməliyyatları pisləyib.

Mansur Yavaşa dəstəyini ifadə edən Özgür Özəl prezident Rəcəb Tayyib Ərdoğana da xəbərdarlıq edib:

“Mansur başqanımıza qarşı hücuma keçiblər. Millətimiz Mansur Yavaşa uzanan bu kirli əlləri qırar. Əkrəm başqan da, Mansur başqan da millətimizin könlündə xüsusi yerə sahibdir, onların arxasında xalq var. Onları heç kimə qurban verməyəcəyik. Hesablama palatası bələdiyyədə yoxlama aparıb heç bir qüsur tapmayıb, müfəttişlər yoxlayıb heç nə tapmayıb, Mansur başqan daxili yoxlama aparıb heç bir korrupsiya faktı aşkarlamayıb. Buradan Ərdoğana xəbərdarlıq edirəm! Buradan kommunikasiya müdirinə xəbərdarlıq edirəm! Hökumətin qaynaqlarını bir partiyanın lehinə (AKP-red) istifadə etdiniz bəs etmədi. Bir partiyanın (CHP-red) əleyhinə istifadə etdiniz bəs etmədi. İndi də utanmadan təmiz insanlara qara yaxmaq üçün istifadə edirsiniz. Millətimiz bunları görür, bunları bilir, gec-tez hesab verəcəksiniz. Mansur Yavaşa uzanan kirli əlləri qırarıq”.

Xatırladaq ki, sentyabrın 23-də 2021-2024-cü illərdə təşkil etdiyi konsertlərdə mənimsəmə iddiası ilə Ankara Böyükşəhər Bələdiyyəsinə qarşı istintaq başladılıb. İstintaq çərçivəsində 14 nəfər saxlanılıb. Onlardan 9-u ilə bağlı həbs qətimkan tədbiri seçilib. Beşi isə polis nəzarəti altına verilib.

Banu