CHP-nin Qadın təşkilatının sədri ərini niyə bıçaqlayıb? - DETALLAR

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) Edirnə Qadın Təşkilatının sədri Burcu Birgül Çolak həyat yoldaşını bıçaqlayıb.

Sep 27, 2025 - 22:18
CHP-nin Qadın təşkilatının sədri ərini niyə bıçaqlayıb? - DETALLAR

SAVASHMEDİA.az xəbər verir ki, Burcu Birgül Çolakla əri Ergin Çolak arasında mübahisə baş verib. Mübahisə nəticəsində B.B. Çolak əlinə keçirdiyi bıçaqla həyat yoldaşına zərbələr endirib. 

Yaralanan Ergin Çolak xəstəxanaya aparılıb. Həkimlər onun yarasının dərin olmadığını bildiriblər. Tərəflərin heç biri bir-birindən şikayətçi olmayıb. E.Çolağın vəziyyətinin yaxşı olduğu qeyd olunub.

Məlumata görə, Ergin Çolak Edirnə Bələdiyyəsində vəzifədədir.

Qeyd edək ki, Burcu Birgül Çolak 2024-cü il mayın 31-də CHP-nin Edirnə Qadın Təşkilatının bölgə sədri seçilib.

Banu