Dronu cubuqla qovmaq istəyib – İsrail Yəhya Sinvarın son görüntülərini yaydı + VİDEO

Fələstinin “HƏMAS” qruplaşmasının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın ölümündən əvvəlki görüntüləri ictimailəşib.

Oct 18, 2024 - 13:54
Dronu cubuqla qovmaq istəyib – İsrail Yəhya Sinvarın son görüntülərini yaydı + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, görüntüləri İsrail Müdafiə Qüvvələri (IDF) yayıb. 

Videoda maskalı şəxsin kürsüdə oturduğu görünür. O, dronu görəndə çubuğa oxşar əşyanı çıxarıb və onu pilotsuz təyyarəyə atıb.

Qeyd edək ki, 61 yaşlı Yəhya Sinvarın zərərsizləşdirildiyi barədə İDF oktyabrın 17-də axşam saatlarında məlumat yaymışdı. İsrail hərbçiləri Qəzza zolağında üç yaraqlının öldürüldüyünü və onlardan birinin HƏMAS siyasi bürosunun rəhbəri ola biləcəyini bildirmişdi. Sonra İsrailin xarici işlər naziri İsrael Kats ölən şəxsin Sinvar olduğunu təsdiqlədi.

“HƏMAS”ın yaradıcılarından biri olan Sinvar 20 ildən çox İsrail həbsxanalarında yatıb və 2011-ci ildə mübadilə çərçivəsində azad edilib. O, bu ilin avqustundan, sələfi İsmayıl Haniyə Tehranda öldürüldükdən sonra, təşkilatın Siyasi Bürosunun rəhbəri olub. 

“The Guardian” onun keçən il oktyabrın 7-də İsrailə hücumun əsas təşkilatçılarından biri olduğunu iddia edirdi. 

Xatirə SADİQ